DAŞQIN, DAŞQINLIQ

разлив, половодье, наводнение, паводок
DAŞQALAQ: DAŞQALAQ ELƏMƏK (ETMƏK)
DAŞQIRAN
OBASTAN VİKİ
Daşqın
Daşqın — çayların su rejimində hər il təkrar olunan dövr. Qarın və buzların əridiyi, yağışın ən çox yağdığı vaxtda olur. Çayların suyunun artması, səviyyəsinin qalxması, yatağın tamamilə su altında qalması, bəzən də sahilləri basması ilə səciyyələnir. Çayların illik axımının 60-80%-ə qədəri daşqın dövrünə düşür. Daşğınlara nə səbəb olur Soyuq damla: yer səthinin istiliyi dənizlərə nisbətən daha soyuq olduqda baş verir. Bu fərq, böyük bir isti və nəmli havanın atmosferin orta və üst qatlarına qədər qalxmasına, leysan yağışlarına səbəb olur və nəticədə daşqınlar ola bilər. İspaniyada payızdan bəri baş verən illik bir fenomendir. Monzon: musson ekvatorial kəmərin yerdəyişməsi nəticəsində yaranan mövsümi bir küləkdir. Bunun səbəbi suyunkından daha sürətli olan yerin soyumasıdır. Beləliklə, yayda yer səthinin istiliyi okeandan daha yüksəkdir və bu da yer üzündəki havanın sürətlə yüksəlməsinə və fırtına yaratmasına səbəb olur.
Daşqın (1969)
== Məzmun == Kinolentdə respublikamızda güclü yağışlardan sonra çaylarda daşqınların əmələ gəlməsindən, onların qarşısını almaq üçün görülən tədbirlərdən danışılır. == Film haqqında == Film Azərbaycan Su Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Daşqın Ağayev
Daşqın Gülməmmədov
Daşqın Quliyev
Daşqın Rzalı
Daşqın İskəndərov
İskəndərov Daşqın Ələm oğlu — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İstehsalat Birliyinin Baş direktoru, texnika üzrə fəlsəfə doktoru. ARDNŞ-nin vitse-prezidenti (2019–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri. == Həyatı == Daşqın İskəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. 1983–1985-ci illərdə hərbi xidmətdə olmuş və xidməti tamamlayaraq 1985-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsinə daxil olmuşdur. İnstitutu 1991-ci ildə bitirərək dağ mühəndisi ixtisasına yiyələnmişdir. Evlidir, 2 övladı var. == Fəaliyyəti == 1991-ci ildə 28 May neft — qazçıxarma idarəsinin (NQÇİ) 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi əmək fəaliyyətinə başlamışdır. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisinin müavini və rəisi vəzifələrini icra etmişdir. 1999–2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində və daha sonra BP Exploration Caspian Sea Limited şirkətində əməliyatlara nəzarət mərkəzində texnik və daha sonra istehsalat üzrə sahə rəhbəri vəzifəsində çalışmışdır. 2007–2010-cu illərdə SOCAR-ın Azneft istehsalat Birliyinin 28 may NQÇİ-nin rəisinin 1-ci müavini, daha sonra isə rəisi vəzifəsinə təyin edilmişdir.
Daşqın İslamov
Daşqın Şikarov
Daşqın Məzi oğlu Şikarov (29 yanvar 1973, Şamaxı) — Azərbaycan Respublikasının dövlət xadimi və diplomatı, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və Səlahiyyətli Səfiri. 2010–2011-ci illərdə Azərbaycan Respublikasının Pakistanda müvəqqəti işlər vəkili, 2011–2015-ci illərdə Azərbaycan Respublikasının Pakistanda Fövqəladə və Səlahiyyətli Səfiri, 2012–2015-ci illərdə isə Əfqanıstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrini icra etmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilmişdir. Bir çox elmi-publisistik məqalələrin və əsərlərin müəllifidir. == Həyatı == Daşqın Şikarov 29 yanvar 1973-cü ildə Azərbaycan SSR-in Şamaxı şəhərində dünyaya gəlmişdir. Uşaqlığı və gəncliyi Bakı şəhərində keçmişdir. === Təhsili === 1990-cı ildə Bakı şəhəri S.C. Pişəvəri adına 4 saylı fars təmayüllü orta məktəbini başa vurub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1996-cı ildə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik kursunu başa vurub. 1998-ci ildə İslamabadda, Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş Diplomatik kursu bitirib.
Daşqın Şəfiyev
Daşqın Əhmədov
== Siyahı ==
Daşqın Əliyev
Məzahir Daşqın
Axundov Mazahir Həmzə oğlu (Məzahir Daşqın; 1909, Borsunlu, Tərtər rayonu – 31 oktyabr 1979, Borsunlu, Mirbəşir rayonu) — azərbaycanlı aşıq və şair. Mazahir Daşqın 1909-cu ilin payızında Tərtər rayonunun İncə Borsunlu kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıq yaradıcılığına güclü meyl göstərir. İbtidai məktəbi kənddə bitirdikdən sonra Bakıda fəhlə gənclər məktəbində təhsilini davam etdirir. Son kursda ikən atası həbs olunduğuna görə məktəbdən çıxarılır (1925). Taleyini Gəncə ilə bağlayır, "Qızıl Gəncə" jurnalında şerlərini çap etdirir. Şair Səməd Vurğunla şəxsi tanışlıqdan sonra təhsilini davam etdirməyə imkan tapır. İkinci Dünya müharibəsi başlayanda ordu sıralarında könüllü xidmət edir (1941). Sovet qoşunları tərkibində İranda olarkən Aşıq Hüseyn Cavanla tanış olur, şair aşıq Səyyahla deyişir, Gülgəzin məclislərində iştirak edir. Onun "İran səfəri" şerlər silsiləsi bu zaman yaranır.
Daşqın Turabov
Əli Daşqın
Əli Daşqın (tam adı: Əli Həsən oğlu Hüseynzadə; 11 mart 1958, Əlxələc (Bostanabad), Cənubi Azərbaycan, Pəhləvilər İranı[d]) — şair, nasir, tərcüməçi, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Daşqın 1958-ci il martın 12-də Cənubi Azərbaycanın Bostanava şəhristanının Xələc kəndində anadan olmuşdur. Burada ibtidai, Təbriz şəhərində isə orta məktəbi bitirmişdir. Sonra Tehran Politexnik Universitetinin elektronika fakültəsində təhsilini davam etdirmişdir (1973–1978). Bədii yaradıcılığa 1970-ci illərdən başlamışdır. Bir neçə şəhərdə, o cümlədən Üskü şəhərində ədəbi dərnək yaratmışdır. Təbriz şəhərində yaradılmış Şəhriyar adına ədəbi dərnəyin fəal üzvü, 1992-ci ildən dərnəyin sədrlərindən biri olmuşdur. Eyni zamanda uluslararası Avrasiya mətbuat fondunun ədəbi bölməsinin sədridir. Təbriz, Urmiya, Sulduz şəhərlərində - universitetlərdə "Türk dili və ədəbiyyatı" fənnini tədris edir. Əsərləri "Yol", "Varlıq" dərgisində, "Geyhan" qəzetində (Tehran), "Fruği azadi" (Təbriz), "Ədəbiyyat qəzeti"ndə, "Yol", "Odlar yurdu" qəzetlərində (Bakı) müntəzəm dərc edilmişdir.
Borsunlu Məzahir Daşqın
Axundov Mazahir Həmzə oğlu (Məzahir Daşqın; 1909, Borsunlu, Tərtər rayonu – 31 oktyabr 1979, Borsunlu, Mirbəşir rayonu) — azərbaycanlı aşıq və şair. == Həyatı == Mazahir Daşqın 1909-cu ilin payızında Tərtər rayonunun İncə Borsunlu kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıq yaradıcılığına güclü meyl göstərir. İbtidai məktəbi kənddə bitirdikdən sonra Bakıda fəhlə gənclər məktəbində təhsilini davam etdirir. Son kursda ikən atası həbs olunduğuna görə məktəbdən çıxarılır (1925). Taleyini Gəncə ilə bağlayır, "Qızıl Gəncə" jurnalında şerlərini çap etdirir. Şair Səməd Vurğunla şəxsi tanışlıqdan sonra təhsilini davam etdirməyə imkan tapır. İkinci Dünya müharibəsi başlayanda ordu sıralarında könüllü xidmət edir (1941). Sovet qoşunları tərkibində İranda olarkən Aşıq Hüseyn Cavanla tanış olur, şair aşıq Səyyahla deyişir, Gülgəzin məclislərində iştirak edir. Onun "İran səfəri" şerlər silsiləsi bu zaman yaranır.
Braziliyada daşqın (2008)
Braziliyadakı daşqın (2008) — təbii fəlakət 2008-ci ilin noyabr ayında bir necə gün ərzində yağan intensiv leysan yağışlarının nəticəsində yaranmışdır. Əsas zərbə Braziliyanın Santa-Katarina ştatına dəymişdir. 26 noyabr tarixində 84 nəfər həlak olmuş, 30 nəfər itkin düşmüş və 54 min nəfər öz evlərini tərl etməli olmuşdur. Fəlakətin böyük olmasının səbəbi güçlü sel olmuşdur. Bu fəlakət zamanı ümumilikdə 60 şəhər zərər çəkmiş, 1,5 milyon insan zərər görmüşdür.. Xilasetmə xidmətinin sözçülərinin sözlərinə nəqliyyat kammunikasiyasının böyük qismi su altında qalmışdır. İnsanlar ərzaq və içməli su baxımdan əziyyət çəkmişlər. Bölgədə fövqəladə vəziyyət elan edilmış, istər mülki istərsə hərbi qüvvələr nəticələri aradan qaldırmağa cəlb edilmişdir.
Braziliyada daşqın (2009)
Braziliyada daşqın (2009) — Braziliyanın şimal-şərq bölgələrini əhatə edən təbii fəlakət. Braziliyanın beş ştatı bu fəlakətdən zərər görmüşdür. 5 may 2009-cu ildə leysan yağışları səbəbindən 19 nəfər ölmüş və 186 000 nəfər evsiz qalmışdır Ön böyük zərər Maranyan ştatına dəymişdir. Burada 6 nəfər ölmüş və maksimum olaraq 40 700 nəfər evsiz qalmışdır Bu subasma Amazon çayı hövzəsində son yüz ildə və Braziliyada isə son 20 ildə ən güçlüsü olmuşdur.
Daşqın (film, 1969)
== Məzmun == Kinolentdə respublikamızda güclü yağışlardan sonra çaylarda daşqınların əmələ gəlməsindən, onların qarşısını almaq üçün görülən tədbirlərdən danışılır. == Film haqqında == Film Azərbaycan Su Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Daşqın Zaqatala FK
Daşqın futbol klubu 1968-ci ildə Zaqatalada yaranmışdır. 1992 və 1993-cü il mövsümlərində 2 dəfə futbol üzrə Azərbaycan çempionatının Güclülər Dəstəsində iştirak etmişdir. 1993-cü ildə 20 komanda arasında 6-cı yeri tutmuş, amma mövsümün başa çatmasından sonra maliyyə çətinlikləri ucbatından fəaliyyətini dayandırmışdır. 1994/95 mövsümündə yenidən Azərbaycan çempionatında iştirak etsə də (aşağı dəstə), Güclülər Dəstəsinə vəsiqə qazana bilməmişdir. 1995-ci ildən sonra fəaliyyəti olmamışdır. 2012-ci ildə klubun fəaliyyətə başladığı xəbər olundu.
Daşqın Rzalı (kiçik gizir)
Qara dənizdə daşqın nəzəriyyəsi
Qara dənizdə daşqın nəzəriyyəsi — elmi hipotez. Bu hipotezə görə təqribən e.ə. 5600-cı ildə Qara dənizdə suyun səviyyəsində genişmiqyaslı katastrofik yüksəliş baş vermişdir ki, bu da Tufan əfsanələri üçün tarixi əsas rolunu oynamış ola bilər. Aralıq dənizindən suların əvvəllər bağlanmış Qara dənizə sıçrayışının səbəbinin zəlzələ olduğu güman edilir. Bu kataklizmdən əvvəl Qara dənizin səviyyəsi açıq şəkildə dünya okeanlarının ümumi səviyyəsindən aşağı idi. Qara dənizdə daşqın nəzəriyyəsi 1996-cı ildə Kolumbiya Universitetindən olan amerikalı geoloqlar Vilyam Rayan və Valter Pitmen tərəfindən irəli sürülmüşdür . Rayan və Pitmen daşqın nəticəsində 155 min km² ərazinin su altında qaldığını və eyni zamanda bunun nəticəsində Azov dənizinin əmələ gəldiyini qeyd edirlər. Həmçinin Bosfor boğazının ərazisində gündə təxminən 40 km³ su axdığı böyük bir şəlalə meydana gəlmişdir. Boğaz axını ən azı 300 gün ərzində oxşar gücə malik olmuşdur . Müasir elm Qara dənizin qədim zamanlarda şirin sulu olduğunu, lakin sonra duzlu dəniz suyunun ona töküldüyünü müəyyən etmişdir.
Daşqın Ağayev (kiçik çavuş)
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011)
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011) — təbii fəlakət 2011-ci ilin yanvar ayında baş vermişdir. Rio-de-Janeyro ştatının Terezopolis, Nova-Friburqu, Petropolis və Sumidoru şəhərləri fəlakətdən daha çox zərər görmüşdü. Daşqın və sürüşmə zamanı ən azı 893 nəfər həlak olmuşdur. Nova-Friburqu rayonunda 424 nəfər, Terezopolisdə 373 nəfər, Petropolisdə 71 nəfər, Sumidoruda 21 nəfər, San Xose do Vale do Rio Pretoda 4 nəfər, Bom Cardimdə 1 nəfər. Braziliya Prezidenti Dilma Rusef ölkədə üç günlük matəm elan etmişdir. Qiymətləndirməyə görə bölgəyə dəyən zərərin 2 milyard Braziliya dolları dəyərində zərər dəymişdir. Fəlakətin əsas səbəbi El-Ninyo hadisəsi olmuşdur.